28 
Okt
2020
09:49
49
722
4689
Virtual karabakh

Tramp: “Nüvə silahımız ən yaxşı vəziyyətdədir”

28 Okt, 2020
09:49
4689

Tramp: “Nüvə silahımız ən yaxşı vəziyyətdədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin ABŞ-ın hərbi gücünə qısqanclıqla yanaşdıqlarını bəyan edib.

Bununla bağlı “İnterfax” agentliyi məlumat yayıb.

Viskonsin ştatında seçiciləri önündə danışan Tramp yenidən prezident seçiləcəyi təqdirdə komandası ilə birlikdə ABŞ-ı dünyanın ən böyük əmtəə istehsalçısı edəcəyinə və Çindən asılılığına son qoyacağına söz verib.

“Bizim dünyada ən yaxşı silahlı qüvvələrimiz var. Rusiya və Çin bizə həsəd aparır. Heç kim bizim buna qadir olduğumuzu düşünmürdü, amma bunlar hamısı ABŞ-da hazırlanıb.

Nüvə silahımız ən yaxşı vəziyyətdədir. Ümid edirəm, sadəcə, ümid edirəm ki, onu istifadə etmək məcburiyyətində qalmayacağıq”, - deyə Ağ Ev başçısı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri