30 
Okt
2020
17:12
1881
32
5699
Virtual karabakh

Bir qrup Azərbaycan vətəndaşı Fransa məhsullarını boykot etməyə çağırır - VİDEO

30 Okt, 2020
17:12
5699

Bir qrup Azərbaycan vətəndaşı Fransa məhsullarını boykot etməyə çağırır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Azərbaycandakı səfirliyi 29 oktyabr tarixində Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin (CIPDH/ BİHMK) Bakı ofisi tərəfindən təşkil olunan piket iştirakçılarını qəbul etməyib. 

Bunu Oxu.Az-a BİHMK-nin Azərbaycan üzrə müvəkkilinin vəzifəsini icra edən Elçin Axundzadə deyib.

Onun sözlərinə görə, cümə axşamı komitə və QHT nümayəndələri ATƏT-in Minsk Qrupu ölkələrinin diplomatik nümayəndəliklərinin qarşısında piketlər keçirərək Fransadan həmsədrlikdən imtina etməyi tələb ediblər.

“İkili standartlar siyasəti aparan, müsəlmanları açıq şəkildə təhqir edən və təcavüzkar Ermənistanı dəstəkləyən Fransa, Minsk qrupunun həmsədri vəzifəsindən istefa verənə qədər piketləri keçirməkdə davam edəcəyik. Onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyəti susmayacaq. Dünən mən ABŞ, Rusiya, Almaniya, İtaliya, Belarus, Qazaxıstan və Niderland səfirliklərindəki məsul şəxslərlə görüşərək tələblərimizi onlara çatdırdım. Bizi yalnız Fransa səfirliyində görməzdən gəldilər. Lakin mən müraciətimizi polislərə verib onu səfirə çatdırmağını istədim”, - deyə hüquq müdafiəçisi bildirib.

Bundan əlavə, BMT-nin Bakıdakı ofisinin qarşısında piket keçirilib. Etirazçılar bu beynəlxalq təşkilatın nəhayət, Ermənistanı işğal olunmuş ərazilərdən qoşunlarını çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə riayət etməyə çağırmalarını tələb etdilər.

“Ermənistan uzun illərdir ki, bu sənədlərə məhəl qoymur, belə vəziyyətdə beynəlxalq təşkilatlar təcavüzkara qarşı sanksiyalar tətbiq etməlidirlər. Ancaq onlar sanksiyalar tətbiq etmirlərsə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasına mane olmasınlar”, - deyə E.Axundzadə fikrini tamamlayıb.

Hüquq müdafiəçisi eyni zamanda azərbaycanlıları birləşərək Dağlıq Qarabağ münaqişəsində ermənipərəst mövqe tutan Fransanın məhsullarını boykot etməyə çağırıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri