21 
Noy
2020
19:40
508
581
2275
Virtual karabakh

Sergey Lavrov sülhün bərpasında Moskva ilə Bakının mövqelərinin üst-üstə düşdüyünü bildirib

21 Noy, 2020
19:40
2275

Sergey Lavrov sülhün bərpasında Moskva ilə Bakının mövqelərinin üst-üstə düşdüyünü bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.

“RİA Novosti” agentliyi xəbər verir ki, Rusiya Xarici İşlər naziri S.Lavrov bu barədə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiyalı nazir həmçinin əlavə edib ki, dinlərarası, millətlərarası sülh, birgəyaşayış və barışığın bərpası üçün şərait yaradılması zərurəti ilə də bağlı mövqelər tamamilə üst-üstə düşür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri