Dek
2020
09:12
274
9
3304
Virtual karabakh

Oğlunu 29 il bağlı otaqda saxlayan ana həbs edildi

1 Dek, 2020
09:12
3304

Oğlunu 29 il bağlı otaqda saxlayan ana həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçdə oğlunu 29 il bağlı otaqda saxlayan ana həbs edilib.

REN TV xəbər verir ki, araşdırmalarda qadının oğlunu 12 yaşından bəri evdən küçəyə buraxmadığı müəyyənləşib. 

Bildirilib ki, yaşlı qadının yanına qohumları gəlib və orada dişsiz, ayaqlarında yaraları olan, qorxmuş kişini aşkar ediblər. Qohumlar kişinin güclə ayaq üstə dayandığını qeyd ediblər. 

Məlum olub ki, bu, ev sahibinin oğludu, 41 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Ana 7-ci sinifdən sonra oğlunu məktəbdən çıxarıb və o vaxtdan onu küçəyə buraxmayıb. Qadın oğluna deyib ki, ətrafdakıların hamısı onun pisliyini istəyir, küçədə çox təhlükəlidir. 

Onun bu üsulla oğlunu qorumaq istədiyi ehtimal edilir. Yeri gəlmişkən, kişinin saxlanıldığı otaq zibillə örtülü olub və illərlə yığışdırılmayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri