19 
Yan
2021
11:42
143
20
1143
yuxarı
Nyu-Yorkun mərkəzində iğtişaşlar: Etirazçılar saxlanılıb
19 Yan, 2021
11:42
1143
143
20
Nyu-Yorkun mərkəzində iğtişaşlar: Etirazçılar saxlanılıb
ABŞ-da ictimai etirazlar səngimək bilmir. Bu dəfə “Black Lives Matter” hərəkatı tərəfdarları Martin Lüter Kinqin şərəfinə nümayiş keçiriblər.
Qaradərili vətəndaşların hüquqlarının müdafiəçisi olmuş Kinqin pərəstişkarları Nyu-Yorkun mərkəzində - Manhettendə iğtişaşlar törədiblər. Onlar “Bu bizim küçədir”, “Biz körpünü keçmişiksə, burada qalacağıq” kimi şüarlar səsləndiriblər.
Polis fəal nümayişçiləri saxlayaraq, xüsusi avtobuslara mindirib və hadisə yerindən uzaqlaşdırıb. Fəalların saxlanılması etirazçıları daha da hiddətləndirib və onlar polislə açıq toqquşmaya başlayıblar. Polis çətinliklə etirazçı kütləni dağıda bilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək