22 
Yan
2021
00:59
98
40
4916
Virtual karabakh

Baydenin inaqurasiyasında eks-ledilərin oxşar geyimləri hansı məqsəd daşıyıb? - FOTO

Ötən gün ABŞ-da prezident səlahiyyətləri dörd illik hakimiyyəti sona çatan Donald Tramdan Co Baydenə keçdi.

“Hürriyet” xəbər verir ki, atası yamaykalı, anası hindistanlı olan, ilk qadın və qaradərili vitse-prezident Kamala Harris də Baydenlə birgə and içib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama və Bill Klinton da partiyadaşları Baydenə dəstək üçün mərasimdə iştirak ediblər.

Mərasimdə ən çox diqqət çəkən məqam isə Ağ Evin yeni və eks-ledilərinin Kamala Harrisin geyiminə oxşar seçim etdikləri olub.

Co Baydenin xanımı Dr. Cilli Bayden, Mişel Obama və Hillari Klinton Kamala Harrisin üst geyimi ilə eyni - mavi və bənövşəyinin tonlarında geyiniblər.

Bu, siyasətçilərə və moda şərhçilərinə görə, onların həm Amerika xalqına, həm də dünyaya mesajı kimi qiymətləndirilib.

Bənövşəyi rəng ABŞ-da demokratların simvolik rəngi, mavi və qırmızı isə respublikaçıların daha çox üstünlük verdikləri rəngdir.

Bütün geyimlərin mavi və qırmızının vəhdəti bənövşəyi tonlarda olması Ağ Ev rəhbərliyinin ABŞ və dünyaya ölkənin iki siyasi partiyasının, yanaşmalarının arasında birlik və uyğunlaşma olacağı anlamında qiymətləndirilib.

Şıklığı ilə seçilən Melaniya Tramp isə həyat yoldaşının hakimiyyətə vida mərasiminə qara geyimlə qatılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri