26 
Fev
2021
09:18
91
19
1319
Virtual karabakh

Parisdə Van Qoqun heç bir yerdə sərgilənməmiş rəsm əsəri satışa çıxarılır - VİDEO

26 Fev, 2021
09:18
1319

Parisdə Van Qoqun heç bir yerdə sərgilənməmiş rəsm əsəri satışa çıxarılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə dünya şöhrətli rəssam Van Qoqun əvvəllər heç bir yerdə sərgilənməmiş əsəri satışa çıxarılacaq.

Bu barədə “İzvestiya” telekanalı xəbər verib.

Rəsm əsəri Fransa paytaxtında hərraca çıxarılmamışdan əvvəl Amsterdam və Honkonqda geniş ictimaiyyət qarşısında nümayiş olunacaq.

Van Qoq “Monmartredəki küçə səhnəsi” əsərini 1887-ci ildə Parisdə olarkən çəkib.

Rəsmdə Monmаrtr şəhərinin simvolu hesab olunan yel dəyirmanı təsvir edilib.

İlkin məlumata görə, rəsm əsərinin dəyəri 5-8 milyon avro təşkil edir.

Hərrac 25 mart tarixində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri