17 
Mar
2021
03:29
10
122
2296
Virtual karabakh

Ağ Evin sözçüsü “AstraZeneca” peyvəndi barədə sualda özünü itirdi və cavabdan yayındı – VİDEO

17 Mar, 2021
03:29
2296

Ağ Evin sözçüsü “AstraZeneca” peyvəndi barədə sualda özünü itirdi və cavabdan yayındı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalistlər “AstraZeneca” peyvəndi barədə məlumat almaq üçün ABŞ hökumətinə təzyiq göstərməyə davam edirlər. Lakin suallara baxmayaraq Ağ Evin sözçüsü Cen Psaki susqunluğunu qoruyur.

“RİA Novosti” Psakinin bir neçə mətbuat konfransından videoları toplayıb. Jurnalistlər “AstraZeneca” ehtiyatlarını niyə digər ölkələrə yollanmadığı barədə suala cavab almağa çalışıblar. Müxbirlərdən biri ilə Psakinin dialoqu belə olub.

- Siz bizim başqa ölkələrə tədarük etməyə hazırlaşıb-hazırlaşmamağımızı soruşursunuz, eləmi? Yoxsa istehsalçıların dozaları başqa ölkələrə satıb satmayacaqlarından danışırsınız?

- Doğrudur.

- İkincisi?

- Bağışlayın, bir daha təkrarlayın.

Digər hadisələr zamanı jurnalistlərn birbaşa suallarını cavablandırmadan  ABŞ sakinlərinin vaksinasiyasından danışıb.

Bundan əvvəl bir neçə ölkə tromboemboliya səbəbiylə “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertizanın nəticələrinin bir həftə ərzində ortaya çıxacağını söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri