18 
Mar
2021
15:27
17
158
2337
Virtual karabakh

Rusiyada qandonduran hadisə: Öldürdüyü sevgilisini soyuducuda gizlətdi

18 Mar, 2021
15:27
2337

Rusiyada qandonduran hadisə: Öldürdüyü sevgilisini soyuducuda gizlətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnoyarsk şəhər sakini birgə yaşadığı kişini öldürüb, meyitini soyuducuda gizlədib.

Bu barədə ölkənin Baş İstintaq Regional İdarəsi məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı Leninski rayon sakini birlikdə yaşadığı 27 yaşlı kişi ilə spirtli içki qəbul etdikdən sonra onların arasında əhəmiyyətsiz bir mövzuda mübahisə yaranıb.

Bu zaman qadın bıçaqla kişinin sinə nahiyəsinə zərbə endirərək onu öldürüb.

Səkkiz gün sonra qadın cinayətin izlərini örtmək üçün meyiti parçalara bölərək torbalara yığıb və soyuducuda gizləyib.

Daha sonra o yük taksisi çağırıb və soyuducunu meyitqarışıq şəhərin digər rayonuna aparıb.

Yolda yük daşıyanlar soyuducudan qan axdığını görüblər və məsələnin üstü açılıb. Qadın törətdiyi əməli etiraf edib. Hadisə yerinə çağırılan polislər qadını tutublar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri