27 
Mar
2021
15:42
291
37
7715
Virtual karabakh

Süveyş kanalını bağlayan gəmi tərpənib

27 Mar, 2021
15:42
7715

Süveyş kanalını bağlayan gəmi tərpənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quruya çıxaraq Süveyş kanalını bağlayan nəhəng “Evergreen” konteyner gəmisi bir az hərəkətə gətirilib.

“The Jerusalem Post” bu barədə Misirdəki mənbələrə istinadən xəbər yayır.

Nəşrin həmsöhbətlərinin dediklərinə görə, hadisə yerindən təxminən 20 min ton torpaq çıxarıldıqdan sonra gəmini hərəkətə gətirmək mümkün olub.

Bildirilir ki, bu, konteyner gəmisinin buraxılması üzrə işlərin başlanmasından bəri ilk nailiyyətdir.

Süveyş kanalının boşaldılması cəhdlərinin şənbə günü günortadan sonra davam edəcəyi gözlənilir.

Qeyd edək ki, martın 23-də Süveyş kanalı ərazisində dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Evergreen” kanalın hərəkət hissəsini kəsərək hərəkəti iflic edib.

İlkin məlumata görə, konteyner gəmisi güclü külək səbəbi ilə istiqamətini dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri