27 
Mar
2021
14:09
119
42
4690
Virtual karabakh

Süveyş kanalına alternativ dəniz yolu

27 Mar, 2021
14:09
4690

Süveyş kanalına alternativ dəniz yolu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimal dəniz yolu (NSR) qismən Süveyş kanalına alternativ ola bilər.

Onun əsas üstünlüyü ekoloji cəhətdən təmizliyidir.

Bu barədə TASS Moskva İdarəetmə “Skolkovo” Məktəbinin İnkişaf Etməkdə Olan Bazarların Tədqiqat İnstitutunun icmalına istinadla xəbər yayır.

“Şimal dəniz yolunun (Süveyş kanalı əvəzinə) istifadəsi istixana qazı tullantılarını 23 %, mayeləşdirilmiş təbii qazdan (LNG) yanacaq kimi istifadə zamanı isə 38 % azaldacaq”, - deyə mütəxəssislər bildirib.

Vurğulanır ki, Şanxay-Rotterdam marşrutu üzrə orta hesabla bir milyard ton yükün daşınması (10,5 min dəniz mili) təxminən 22,3 milyon ton CO2 tullantılarına səbəb olur. Şimal dəniz yolu ilə daha qısa bir marşrutun (8 min dəniz mili) istifadəsi tullantıları 5,1 milyon ton olmaqla, LNG tankerlərində 3,4 milyon ton azalda bilər.

2020-ci ildə Şimal dəniz yolu ilə 32,97 milyon ton yük daşınıb.

Qeyd edək ki, martın 23-də Süveyş kanalı ərazisində dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Evergreen” kanalın hərəkət hissəsini kəsərək onlarla gəminin hərəkətini iflic edib. Bununla əlaqədar olaraq dəniz daşımasının dəyəri bir neçə dəfə artıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri