27 
Mar
2021
18:26
69
217
4465
Virtual karabakh

321 gəmi Süveyş kanalından keçmək üçün növbə gözləyir

27 Mar, 2021
18:26
4465

321 gəmi Süveyş kanalından keçmək üçün növbə gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süveyş kanalında torpağa oturaraq kanalda hərəkətin tam dayanmasına səbəb olan “Evergreen” konteyner gəmisinə görə, hazırda sözügedən kanaldan keçmək üçün növbə gözləyən 321 gəmi var.

TASS agentliyi xəbər verir ki, bu barədə Süveyş kanalı idarəsinin rəhbəri Usama Rabia məlumat verib.

U.Rabia əlavə edib ki, gəmilərin hər birinə logistik dəstək verilir.

Qeyd edək ki, martın 23-də Süveyş kanalı ərazisində dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Evergreen” kanalın hərəkət hissəsini kəsərək gediş-gəlişi iflic edib.

İlkin məlumata görə, konteyner gəmisi güclü külək səbəbi ilə istiqamətini dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri