11 
Apr
2021
16:50
29
245
3254
Virtual karabakh

Çexiya prezidenti əlil arabasıyla hərəkət edəcək

11 Apr, 2021
16:50
3254

Çexiya prezidenti əlil arabasıyla hərəkət edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiya prezidenti Miloş Zeman ayaqların nevropatiyasından əziyyət çəkdiyi üçün əlil arabasına əyləşib.

Bu baradə o, yerli “Blesk” qəzetinin onlayn televiziyasına müsahibəsi zamanı bildirib. Müsahibə canlı olaraq yayımlanıb.

Dövlət başçısı əlil arabası ilə hərəkət etməyin onun üçün daha rahat olduğunu və rəsmi tədbirlərə də araba ilə qatılacağını bəyan edib.

Qeyd edək ki, 76 yaşlı Zeman 2018-ci ildə ikinci müddətə Çexiya prezidenti seçilib. Onun səlahiyyət müddəti 2023-cü ildə başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri