13 
Apr
2021
16:12
516
15
3244
Virtual karabakh

Serj Sarqsyanın qardaşı oğlu həbs edildi

13 Apr, 2021
16:12
3244

Serj Sarqsyanın qardaşı oğlu həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan yenidən həbs olunub.

“Sputnik Ermənistan” yazır ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan “Facebook” səhifəsində məlumat verib.

12 apreldə Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib və Apellyasiya məhkəməsinin Sarqsyana qarşı qabaqlayıcı tədbir kimi girov tətbiq edilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, Narek Sarqsyan silah, narkotik maddə saxlamaq və dələduzluqla əlaqəli cinayət işi çərçivəsində axtarışda olub və “insan oğurluğu” maddəsi ilə ittiham edilib. 2018-ci ilin dekabrında “İnterpol” onu Praqada tutub. Burada o, Franklin Qonzalez adı altında gizlənirdi. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub. Sarqsyan barəsindəki qanunsuz silah saxlama, dələduzluq və adam qaçırmaqla bağlı ittihamları qəbul edib.

2019-cu ilin dekabrında o, İrəvana aparılıb. Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib, lakin 13 noyabr 2020-ci ildə məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri