20 
Apr
2021
11:00
7
149
3703
Virtual karabakh

İlon Mask iki nəfərin ölümü ilə nəticələnən elektromobil qəzasının səbəbini açıqladı

20 Apr, 2021
11:00
3703

İlon Mask iki nəfərin ölümü ilə nəticələnən elektromobil qəzasının səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprelin 17-də Texasda qəzaya uğrayan “Tesla” elektrik avtomobilində avtopilot funksiyası aktivləşdirilməyib”.

Bu barədə elektrik avtomobillərin istehsalı üzrə şirkətin təsisçisi və baş direktoru İlon Mask öz “Twitter” səhifəsində yazıb.

“İndiyə qədər alınmış məlumat qeydləri göstərir ki, avtopilot qoşulmayıb və bu avtomobil üçün tam avtonom sürmə funksiyası alınmayıb”, - İlon Mask bildirib.

Xatırladaq ki, “Tesla” elektromobili aprelin 17-də Texas ştatında yüksək sürətlə hərəkət edərkən ağaca çırpılıb. Hadisə nəticəsində iki nəfər həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri