22 
Apr
2021
16:06
222
9
1310
Virtual karabakh

Qırğızıstan prezidenti ağır koronavirus xəstələri olan klinikalara getdi

22 Apr, 2021
16:06
1310

Qırğızıstan prezidenti ağır koronavirus xəstələri olan klinikalara getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan koronavirusun üçüncü dalğasına hazırlaşır.

Rg.ru xəbər verir ki, son həftələrdə ölkədə xəstələrin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Bir müddət əvvəl, orta hesabla respublikada gündəlik 50-yə yaxın COVID-19 infeksiyası qeydə alınırdısa, hazırda gün ərzində 200-300 nəfər təhlükəli infeksiyaya yoluxma ilə qeydiyyata alınır.

Mütəxəssislər hesab edir ki, yoluxmada pik hədd may-iyun aylarında olacaq.

Qırğızıstan Prezidenti Sadır Japarov səhiyyə sisteminin hazırlığını yoxlamaq üçün COVID-19 xəstələrinin müalicə olunduğu “qırmızı zonalar”a gedib.

O, vətəndaşlardan sağlamlıqlarına laqeyd qalmamalarını, simptomlar ortaya çıxdıqda dərhal həkimlə əlaqə saxlamalarını və ən əsası vaksinasiyada aktivlik istəyib.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, respublikanın bütün tibb müəssisələri kifayət qədər dərman ehtiyatına malikdir. Yaxın gələcəkdə əlavə dərman dəstləri və fərdi qoruyucu vasitələrin alınması planlaşdırılır. Ölkədə koronavirusla əlaqədar vəziyyətə görə karantin tətbiq edilməsi planlaşdırılmır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri