10 
May
2021
17:56
38
224
6375
Virtual karabakh

Hindistanda koronavirusla yanaşı nadir infeksiya da qeydə alınır

10 May, 2021
17:56
6375

Hindistanda koronavirusla yanaşı nadir infeksiya da qeydə alınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həkimlər Hindistanda “Mucormycosis” adlanan nadir və aqressiv göbələk infeksiyasına yoluxmanın artdığını bildirirlər.

Bu barədə BBC xəbər yayıb.

O, beyinə, ağciyərlərə təsir edə, diabet, xərçəng, HİV və ya AİDS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər.

Hindistanlı mütəxəssislər hesab edirlər ki, öldürücülük nisbətinin 50 %-ə çata biləcəyi təxmin edilən göbələk infeksiyası koronavirusu müalicə etmək üçün istifadə edilən steroidlərdən sonra yayılmağa başlayıb. Steroidlər COVID-19 səbəbiylə ağciyərlərdə yaranan iltihabı azaldır və immunitetin koronavirusa həddindən artıq reaksiya verməsi nəticəsində yarana biləcək bəzi zərərləri aradan qaldırmağa kömək edir. Bununla yanaşı həm diabet xəstələrində, həm də diabet olmayan xəstələrdə immuniteti azaldır və qan şəkərinin səviyyəsini artırır.

“Artıq burada həftədə iki-üç yoluxma halı görürük. Belə halın pandemiya zamanı olması bir kabusdur. Bir çox xəstə infeksiya səbəbiylə görmə qabiliyyətini itirib, bir neçəsi isə ölüb”, - deyə Mumbaydakı bir xəstəxananın həkimi qeyd edib.

Fərqli şəhər və əyalətlərdən olan həkimlər əvvəlki illərdə mukormikoz xəstəsi ilə bu qədər qarşılaşmadıqlarını bildirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri