18 
May
2021
17:48
181
63
7241
Virtual karabakh

Minlərlə miqrant İspaniya sahillərinə axın etdi - VİDEO

18 May, 2021
17:48
7241

Minlərlə miqrant İspaniya sahillərinə axın etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya səlahiyyətliləri son 24 saat ərzində Afrikanın şimal sahilindəki İspaniyanın Seuta şəhərinə qanunsuz olaraq girən 1 500 miqrantı Mərakeşə qaytarıblar.

“France-Presse” bu barədə İspaniya Daxili İşlər Nazirliyinin başçısı Fernando Qrande-Marlaskanın açıqlamasına istinadla xəbər yayır.

Qeyd edilir ki, Seutaya ümumilikdə 6 000 miqrant gəlib, bunların da 1,5 min nəfəri yetkinlik yaşına çatmayanlardır. Muxtar ərazinin əhalisi isə təxminən 85 min nəfərdir.

Qanunsuz miqrant axını səbəbindən Avropa krallığı cənub bölgəsində daxili təhlükəsizlik qüvvələrinin sayını artırıb.

Qanunsuz miqrantlar daha sonra Avropanın digər ölkələrinə keçmək üçün İspaniya ərazilərinə gəliblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri