23 
İyn
2021
10:36
17
149
2345
Virtual karabakh

“Hindistan” variantının digər ştammlardan daha təhlükəli tərəfi

23 İyn, 2021
10:36
2345

“Hindistan” variantının digər ştammlardan daha təhlükəli tərəfi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun ilk dəfə Hindistanda kəşf olunan “Delta” variantı digər ştammlardan ağciyər zədələnməsinin sürətli konsolidasiyası ilə fərqlənir.

Bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistemlər Biologiyası Məktəbinin professoru Ança Baranova Lenta.ru saytına verdiyi müsahibədə bildirib:

“Həkimlərin dediklərinə görə “Delta” variantı ağciyər zədələnməsinin sürətli konsolidasiyasına səbəb olur. Yəni indi ciyərlərin funksionallığı 2020-ci ilin əvvəlinə nisbətən daha sürətli azalır”.

Həkim qeyd edib ki, xəstəxanaya müraciət edən belə xəstələr iki günə reanimasiyaya yerləşdirilirlər.

Baranovanın fikrincə, yaxın gələcəkdə alimlərin molekulyar və hüceyrə biologiyası sahəsində sürətli araşdırmalar aparmasının mümkünsüzlüyü səbəbindən, “Delta” ştammının ağciyəri zədələnməsini əsaslandıra bilməyəcəklər.

Bununla yanaşı, bioloq vurğulayıb ki, bunun səbəbi az bilinən koronavirus zülallarının mutasiyasıdır:

“Bəlkə də altı aydan sonra nələrin baş verdiyini dəqiqləşdirəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri