İyl
2021
16:04
241
20
5895
Virtual karabakh

Əfsanəvi bakılı rejissor son mənzilə alqışlarla yola salındı – VİDEO

8 İyl, 2021
16:04
5895

Əfsanəvi bakılı rejissor son mənzilə alqışlarla yola salındı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi bakılı rejissor Vladimir Menşov son mənzilə gurultulu alqışlarla yola salınıb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlardan görünür ki, kinematoqrafçının tabutu Moskvada Kinematoqrafçılar İttifaqının Mərkəzi Kino Evindən çıxarılarkən pərəstişkarları onu uzun müddət alqışlayırlar.

Xatırladaq ki, Vladimir Menşov iyulun 5-də koronavirusdan vəfat edib. Onun xanımı hazırda reanimasiyada yatır.

Bakıda dünyaya göz açan Vladimir Menşov Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı idi. Məşhur rejissor həmçinin “Moskva göz yaşlarına inanmır” filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülmüşdü.

Məşhur rejissor Moskvada Novodeviçy qəbiristanlığında dəfn ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri