İyl
2021
13:48
10
166
7055
Virtual karabakh

Məşhur bakılı rejissorun vəfatından sonra xanımı reanimasiyaya yerləşdirildi

7 İyl, 2021
13:48
7055

Məşhur bakılı rejissorun vəfatından sonra xanımı reanimasiyaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşovun iyun ayının sonunda vəfatından sonra mərhumun xanımı, Rusiyanın Xalq artisti Vera Alentovanın vəziyyəti ağırlaşıb.

Bu barədə “StarHit” xəbər verib.

Məlumata görə, həkimlərin qərarı ilə o, reanimasiyaya köçürülüb.

Qeyd edək ki, ötən ayın sonlarında Menşov və xanımı koronavirusdan xəstəxanaya yerləşdirilmişdi. Məşhur rejissor iyulun 5-də xəstəliyə məğlub olub.

Yeri gəlmişkən qeyd edək ki, Vladimir Menşovun dəfni iyulun 8-nə təyin olunub.

Bakıda dünyaya göz açan Vladimir Menşov Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı idi. Məşhur rejissor həmçinin “Moskva göz yaşlarına inanmır” filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri