23 
Sen
2021
13:18
368
147
6653
Virtual karabakh

Rusiyada hərbi təyyarənin qəzaya uğradığı yerin ilk görüntüləri yayıldı - YENİLƏNİB + FOTO

23 Sen, 2021
13:18
6653

Rusiyada hərbi təyyarənin qəzaya uğradığı yerin ilk görüntüləri yayıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” təyyarəsinin fotoları yayılıb.

Bildirilir ki, təyyarənin göyərtəsində olan altı ekipaj üzvünün hamısı həlak olub.

“Ölənlərin qalıqları qəza yerində tapılıb. Sağ qalan yoxdur”, - xilasetmə qrupunun məlumatında qeyd olunur.

Hazırda qəzanın baş verdiyi yerdə xilasedicilərlə bərabər Rusiya Federasiyasının İstintaq Komitəsinin əməkdaşları çalışır.

Mənbə: TASS

09:06

Rusiyanın Xabarovsk diyarı yaxınlığında radarlardan itən “An-26” hərbi təyyarəsinin qalıqları tapılıb.

Xabarovskda yerləşən “Zapovednoye Priamurye” Dövlət Təbiət Qoruqları və Milli Parklar Birgə Direksiyasından da “An-26” tipli təyyarənin qalıqlarının tapılması ilə bağlı məlumatı təsdiqləyiblər.

Artıq axtarış və xilasetmə qrupunun hadisə yerinə yollandığı qeyd olunur.

Rusiya Fövqəladə Hallar Nazirliyinə əlavə ediblər ki, Xabarovsk yaxınlığında qəzaya uğrayan “An-26” təyyarəsinin ekipajının taleyi isə hələ də məlum deyil.

Xatırladaq ki, ötən gün Rusiyada “An-26” tipli hərbi təyyarə radarlardan itib. Təyyarənin göyərtəsində altı nəfər olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri