26 
Sen
2021
03:00
192
67
2038
Virtual karabakh

ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozduğu üçün saxlanılan “Huawei” rəhbəri azad edildi - FOTO

26 Sen, 2021
03:00
2038

ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozduğu üçün saxlanılan “Huawei” rəhbəri azad edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya Kolumbiyasının Vankuver Ali Məhkəməsi “Huawei” şirkətinin baş icraçı direktoru Men Vançjounun ekstradisiya prosesinə xitam verilməsi və ev dustaqlığından azad edilməsi haqqında qərar qəbul edib.

Məhkəmə qərarına görə Men Vançjou Kanadanı tərk edə bilər.

Men Vançjounun məhkəməsi iki il yarımdan çoxdur davam edir. O, 2018-ci ilin dekabrın 1-də Vankuver hava limanında ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaq ittihamı ilə saxlanılıb.

Həmin il dekabrın 11-də məhkəmə onu ekstradisiya ilə bağlı son qərara qədər 10 milyon Kanada dolları (13,4 milyon manat) girov müqabilində azad edib və Vankuverdə ərinin evində yaşamağa icazə verib.

Hakim qərarına görə, “Huawei”in maliyyə direktoru gecə-gündüz nəzarət altında olmalıdır (ayağına xüsusi bilərzik taxır, bir neçə mühafizəçi onu daim izləyir), həmçinin şəhər ətrafında hərəkəti qismən məhduddur.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri