24 
Okt
2021
19:28
322
56
4072
Virtual karabakh

Özbəkistanda keçirilən prezident seçkiləri başa çatdı – YENİLƏNİB

24 Okt, 2021
19:28
4072

Özbəkistanda keçirilən prezident seçkiləri başa çatdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanda keçirilən prezident seçkiləri başa çatıb.

Ölkədə fəaliyyət göstərən 9 925 seçki məntəqəsi Bakı vaxtilə saat 19.00-da bağlanıb.

19.9 milyon seçicidən 70%-nin seçkilərdə iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Özbəkistanın xarici ölkələrdə olan 54 məntəqə və 380 mobil məntəqəsində vaxtından əvvəl səsvermə təşkil edilib.

Oktyabrın 14-dən 20-dək baş tutan səsvermədə 400 mindən çox vətəndaş iştirak edib.

Mənbə: TASS

09:48

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19,9 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 9925 seçki məntəqəsi fəaliyyət göstərir.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidəçi kimi izləyir.

Azərbaycandan gələn müşahidəçilər gün ərzində bir sıra seçki məntəqəsində olacaq, seçkilərin gedişini izləyəcəklər.

Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Özbəkistanda prezident 5 il müddətinə seçilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri