28 
Noy
2021
00:26
137
41
1987
Virtual karabakh

Həmkəndliləri vəfat etmiş namizədin son arzusunu yerinə yetirib onu qalib etdilər

28 Noy, 2021
00:26
1987

Həmkəndliləri vəfat etmiş namizədin son arzusunu yerinə yetirib onu qalib etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Bihar ştatının Dipakarxar kəndinin sakinləri yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə iki həftə əvvəl həyatını itirmiş şəxsi qalib ediblər.

Yerli hakimiyyət orqanının və seçki komissiyasnın rəsmi qələbə sertifikatlarını təqdim etdiyi mərasimdə qaliblərdən biri olan Sohan Murmunun həyatda olmadığı məlum olub.

Məsələyə aydınlıq gətirən S. Murmunun ailə üzvləri mətbuata açıqlamasında bildirblər ki, namizədin ən böyük arzusu seçkiləri qazanmaq olub.

Bu səbəbdən onlar namizədin vəfat xəbəri barədə seçki komissiyasına məlumat verməyiblər.

Maraqlıdır ki, öz növbəsində kənd sakinləri də bu barədə məlumatı olsalar da, onlar aidiyyatı qurumlara xəbər vermək istəməyiblər və həmkəndlilərinin son arzusunu yerinə yerirərək onu səsvermədə qalib ediblər.

Mənbə: NDTV

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri