Dek
2021
04:04
11
135
5185
Virtual karabakh

COVID-19-a qarşı peyvənddən sonra qadağan olunan ərzaqlar açıqlandı - FOTO

9 Dek, 2021
04:04
5185

COVID-19-a qarşı peyvənddən sonra qadağan olunan ərzaqlar açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19-a qarşı peyvənd olunduqdan sonra qidalanmaya daha çox diqqət yetirilməlidir.

Bu barədə rusiyalı həkim-terapevt və dietoloq Yelena İqnatikova xəbərdarlıq edib. O, vaksinasiya dövründə bir müddət üçün qadağan olunmuş məhsulların adını çəkib.

Ekspert qeyd edib ki, immunitetin formalaşması üçün peyvənddən sonra qidalanma insana lazım olan bütün vitaminlər, minerallarla zəngin və balanslı olmalıdır. Bununla belə, həkim qeyd edib ki, müəyyən qidalar və içkilər antictisim istehsalına mane ola bilər. O, ilk növbədə, alkoqollu içkilərin peyvəndin effektivliyinə pis təsir etdiyini vurğulayıb.

“Vaksinasiyadan sonra ən azı üç gün və daha da yaxşısı peyvəndlər arasındakı bütün dövr üçün alkoqollu içkiləri içmək dayandırılsın. İstənilən spirtli içki, sərtliyindən asılı olmayaraq, həmişə immunitetə mənfi təsir göstərir, immunitet hüceyrələrinin fəaliyyətini aşağı salır”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, vaksinasiyadan sonra allergiyaya səbəb ola biləcək qidaların istehlakı da dayandırılmalıdır.

“Allergik reaksiyaların kəskinləşməsi zamanı isə ümumiyyətlə vaksinasiyanı xəstənin vəziyyəti normallaşana qədər müvəqqəti olaraq təxirə salınması tövsiyə olunur”, - deyə İqnatikova bildirib.

Dietoloq bu müddət ərzində heyvan mənşəli zülaldan imtina etməməyi də tövsiyə edib:

“Əgər insan, məsələn, mikroelement tərkibini balanslaşdırmadan vegetarian pəhriz saxlayırsa, onun qida rasionunda zülal çatışmazlığı ola bilər. Bu, peyvənddən sonra immun reaksiya da daxil olmaqla immunitet sisteminə təsir göstərə bilər. Bunu nəzərə almaq vacibdir”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Mənbə: Sputnik

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri