Yan
2022
11:58
512
70
4894
Virtual karabakh

Almatının mərkəzində polislə etirazçılar arasında toqquşmalar başladı - YENİLƏNİB + VİDEO

5 Yan, 2022
11:58
4894

Almatının mərkəzində polislə etirazçılar arasında toqquşmalar başladı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Almatı şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşmalar başlayıb.

Toqquşmalar nəticəsində bir neçə polisin xəsarət aldığı bildirilir.

Yüzlərlə etirazçı şəhər mərkəzinə çatmamış polis qüvvələri tərəfindən dayandırılıb.

Etirazçıların dəyənəklərlə silahlandığı bildirilir.

Təhlükəsizlik qüvvələri onlara qarşı xüsusi texnika, o cümlədən səs qumbaralarından istifadə edir.

11:08

Qazaxıstanda bir qrup gənc piyada və avtomobillə Almatının ətrafından hüquq-mühafizə orqanları ilə kütləvi toqquşmaların baş verdiyi şəhər mərkəzinə doğru hərəkət edir.

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, yürüş iştirakçılarından biri, ehtimal ki, dünənki qarşıdurma zamanı götürülən, xüsusi təyinatlı polis bölməsinə aid qalxan tutub.

Sosial şəbəkələrdə yayılan foto və videolarda nümayişçilərin təhlükəsizlik qüvvələrinə aid ola biləcək xüsusi maşınlarda hərəkət etdiyi bildirilir.

Mənbə: Sputnik Qazaxıstan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri