19 
Yan
2022
05:14
10
239
1694
Virtual karabakh

Tısbağanın mədəsindən 10 növ plastik çıxarıldı – VİDEO

19 Yan, 2022
05:14
1694

Tısbağanın mədəsindən 10 növ plastik çıxarıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın San Klemente del Tu şəhərində balıq toruna düşən bir neçə tısbağa bioloqlar tərəfindən xilas edilib. Tibbi müdaxilə zamanı dəniz heyvanlarının mədələrindən çoxlu plastik parçaları çıxarılıb.

Məlumata görə, iki yaşıl tısbağa və dörd sini çanaqlı tısbağa reabilitasiya mərkəzinə yerləşdiriliblər. Bir aydan sonra dəniz heyvanları təbiətə qaytarılıb.

Onlardan biri daha az şanslı olub - ondan on növ plastik çıxarılıb.

“Biz bu tısbağanın daxilindəki kimi plastiklərlə çox nadir hallarda rastlaşırıq. Eyni zamanda, suda onlardan çoxdur və heyvanlar bu növ çirkləndiricinin miqdarının göstərən indiqator kimi çıxış edirlər”, - deyə Mundo Marino Fondunun bioloqu Karina Alvarez bildirib.

Alvarez qeyd edib ki, heyvanın bədənində plastikin olması həmişə nəzərə çarpmır: onun və həmkarlarının xilas etdiyi tısbağalar tamamilə sağlam görünüb.

“Plastikin təhlükəsi ondadır ki, son ana qədər müəyyən olunmaya bilər”, - deyə bioloq bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, problem həllini tapmazsa tullantılar bir çox növlərin məhvinə səbəb olacaq.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri