20 
Yan
2022
08:40
505
26
4180
Virtual karabakh

Ukrayna Ərdoğanın təklifini dəstəklədi

20 Yan, 2022
08:40
4180

Ukrayna Ərdoğanın təklifini dəstəklədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında Türkiyədə danışıqların keçirilməsi ideyasını müsbət qiymətləndirib.

Onun fikrincə, bu təklif yaxşı düşünülmüşdür və müəyyən potensiala malikdir.

“Şübhəsiz ki, Türkiyə tərəfdən təklif yaxşı düşünülmüşdür, potensial var. Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan bölgəmizdəki vəziyyəti mükəmməl başa düşür, həm ukraynalıların, həm də rusların motivlərini yaxşı bilirlər. Və aydındır ki, Türkiyə öz strateji maraqlarını da yaxşı anlayır”, - deyə o, çərşənbə günü RBC-Ukraynaya şərhində bildirib.

Qeyd edək ki, yanvarın 19-da Türkiyə liderinin sözçüsü İbrahim Kalın bəyan edib ki, Ərdoğan Putin və Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib. O, həmçinin bildirib ki, Türkiyə prezidenti yaxın bir neçə həftə ərzində Zelenski ilə danışıqlar üçün Ukraynaya gedəcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri