Mar
2022
10:44
507
29
5379
Virtual karabakh

Güllə yağışı altında Kiyevdə toy - FOTO/VİDEO

3 Mar, 2022
10:44
5379

Güllə yağışı altında Kiyevdə toy - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 2-də Kiyev Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və jurnalist Ancelina Karyakina döyüşlərin tüğyan etdiyi Ukrayna paytaxtında toy ediblər.

Milli Polisin Patrul Departamentinin rəisi, polis polkovniki Yevgeni Jukov nikaha şahidlik edib.

Bu barədə o, “Facebook”da yazıb.

“Hərbi vəziyyət qanunlarına əsasən, mən dəstə komandiri kimi tabeliyimdə olan və qardaşım Yuri Zozulya ilə nişanlısı Karyakina Ancelina Aleksandrovnanın nikahının şahidi oldum!”, - deyə o qeyd edib.

Vəziyyətlə əlaqədar gül tapılmadığından, gəlinin gül buketini evdə yetişdirilən səhləb gülü əvəz edib.

Onların üzükləri isə demək olar ki, möcüzə nəticəsində və havayı başa gəlib.

İnsanlar cütlüyü şampana və yeməyə qonaq ediblər.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri