24 
Mar
2022
10:05
297
28
4152
Virtual karabakh

Gündüz Məmmədov: “Müharibə başlayanda mən dejavü yaşadım, bütün bunları Azərbaycanda görmüşəm” - VİDEO

24 Mar, 2022
10:05
4152

Gündüz Məmmədov: “Müharibə başlayanda mən dejavü yaşadım, bütün bunları Azərbaycanda görmüşəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı jurnalist Dmitri Qordon 2019-2021-ci illərdə Ukrayna baş prokurorunun müavini olmuş, ULAG hüquq qrupunun beynəlxalq cinayət hüququ üzrə eksperti Gündüz Məmmədovla müsahibəni təqdim edib.

Azərbaycan əsilli hüquqşünas “Qordon” internet nəşrinin təsisçisinə Odessadakı vəziyyət, Kiyevin müdafiəsi və Rusiya Federasiyasının Ukraynada törətdiyi ağır cinayətlər barədə danışıb.

G.Məmmədovun sözlərinə görə, Ukraynadakı vəziyyət 1990-cı illərdə Azərbaycanda baş vermiş hadisələrə bənzəyir.

“Müharibə başlayanda dejavü yaşadım. Bütün bunları gəncliyimdə Azərbaycanda görmüşəm”, - deyə o bildirib.

Ekspert hesab edir ki, hərbi cinayətlərin son müddəti yoxdur, hərbi cinayətkarlar heç vaxt ədalətdən qaça bilməyəcəklər.

O, Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini kimlərin sənədləşdirdiyindən də danışıb.

“BMT-nin İnsan Haqları Şurası Ukraynada hərbi cinayətlərə dair sübutlar toplayacaq”, - deyə ekspert izah edib.

Ukraynanın baş prokurorunun keçmiş müavini Putin və rusiyalı təbliğatçıların niyə Ukrayna məhkəmələri tərəfindən təqib olunmaması məsələsinə də toxunub.

Sonda G.Məmmədov Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri