Ukraynanın Mariupol şəhərinin Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.
Bu barədə Mariupol Şəhər Şurasından məlumat verilib.
“Şahidlərdən məlumat var ki, Mariupol Dram Teatrında bombardman nəticəsində 300-ə yaxın adam həlak olub. Hələ də bu dəhşətə inanmaq istəmirəm, hər kəsin qaçmağı bacardığına ümid edirəm. Amma bu terror aktı zamanı binanın içərisində olanlar başqa söz deyir”, - deyə Şuradan bildirilib.
Xatırladaq ki, martın 16-da günortadan sonra Rusiya təyyarələri Mariupolun mərkəzindəki Dram Teatrına bomba atıb. Rəsmilərin sözlərinə görə, sığınacaq kimi istifadə olunan binada uşaqlar da daxil olmaqla 1500-ə yaxın adam olub. Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova isə 1300-dən çox adamın hələ də zirzəmidə qaldığını bildirmişdi. Şiddətli döyüşlər səbəbindən dağıntıları aradan qaldıraraq qurbanların sayını müəyyən etmək mümkün deyil.
Mənbə: “Ukrainskaya pravda”
Rəylər