28 
Mar
2022
13:48
268
20
2701
Virtual karabakh

Hindistanda müəssisələr durdu: 200 milyon insan etiraza qalxıb

28 Mar, 2022
13:48
2701

Hindistanda müəssisələr durdu: 200 milyon insan etiraza qalxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 28-i səhərdən Hindistanda ümummilli tətil başlanıb. Onun iki gün davam edəcəyi gözlənilir.

Bu barədə “Press Trust of India” yazır.

Ümum-Hindistan Həmkarlar Konqresinin baş katibi Amarcit Kaur jurnalistlərə bildirib ki, aksiya iştirakçılarının sayı ümumilikdə 200 milyona çata bilər.  

“Ölkə hakimiyyətinin siyasətinə qarşı martın 28-i və 29-u keçiriləcək tətildə bütün ölkə üzrə 200 milyon işçinin iştirakını gözləyirik”, - A.Kaur söyləyib.

Tətil poçt, ictimai nəqliyyat, telekommunikasiya sahələri, energetika, neft, metallurgiya sənayesinin müəssisələrini əhatə edə bilər. Bank işçilərinin həmkarlar təşkilatından bildiriblər ki, onlar da tətilə qoşulacaqlar.

Həmkarların tələblərinə bəzi dövlət müəssisələrinin özəlləşdirilməsinin qadağan olunması, əməkhaqqının artırılması, gəlirlərin “ədalətli bölgüsü”, müqavilə ilə işə götürülən işçilər üçün bərabər hüquqlar verilməsi və s. daxildir.  

Həmkarlar bazar ertəsi və çərşənbə axşamı ictimai nəqliyyatın hərəkətində və bankomatların fəaliyyətində fasilələrin olacağına diqqət çəkərək vətəndaşlardan tətillə bağlı mümkün məhdudiyyətlərə anlayışla yanaşmağa çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri