28 
Mar
2022
14:54
70
428
2486
Virtual karabakh

Türkiyə MN: “Qara dənizdə aşkar edilən mina zərərsizləşdirildi” - YENİLƏNİB

28 Mar, 2022
14:54
2486

Türkiyə MN: “Qara dənizdə aşkar edilən mina zərərsizləşdirildi” - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qara dənizin Türkiyə sahillərində İynəada yaxınlığında tapılan mina zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“28 mart 2022-ci il tarixində İynəada sahillərində müəyyən edilmiş mina SAS (Sualtı Müdafiə Dəstələri) dəstələri tərəfindən zərərsizləşdirilib”, - deyə qurumdan bildirilib.

12:16

Qara dənizdə ikinci dəfə mina həyəcanı yaşanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, mina Qara dənizin qərb hissəsində aşkar edilib.

“Bolqarıstan sərhədinə yaxın İynəada şəhərinin sularında mina aşkar edildikdən sonra hadisə yerinə cəlb edilən SAS qrupları (Sualtı Müdafiə Qrupu Komandanlığı) tərəfindən müdaxiləyə başlanılıb”, - deyə qurumdan bildirilib.

Xatırladaq ki, martın 26-da Qara dənizdə, Bosfor boğazında mina tapılmışdı. Ukraynanın Odessa sahillərində Rusiyanın hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən mina Qara dənizdə fırtına nəticəsində lövbərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb. Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək minalara qarşı diqqətli olmağı xahiş edib və NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.

Mənbə: İnternethaber.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri