Apr
2022
12:28
226
15
1799
Virtual karabakh

Castin Trüdo: “Putinlə bir masa arxasında əyləşmək bizim üçün çətin olacaq”

1 Apr, 2022
12:28
1799

Castin Trüdo: “Putinlə bir masa arxasında əyləşmək bizim üçün çətin olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyanın G20 sammitində iştirakına icazə verilməməlidir”.

Bunu Kanadanın Baş naziri Castin Trüdo Ottavada jurnalistlərlə söhbəti zamanı deyib. Onun sözlərinə görə, artıq G20-də həmişəki kimi iş görmək mümkün deyil.

“Əgər Vladimir Putin bizimlə bir masa arxasında əyləşsə, bu, bizim üçün çox çətin, G20 üçün isə çox səmərəsiz olacaq”, - deyə Trüdo vurğulayıb.

O qeyd edib ki, G20 üzvləri dünyada iqtisadi artımı müzakirə etmək və stimullaşdırmaq üçün toplaşır.

“Rusiya Ukraynaya təcavüzü ilə bütün dünyanın iqtisadi artımına maneə oldu və təcavüz nəticəsində yaranmış böhranın müzakirəsində Moskva konstruktiv tərəfdaş ola bilməz”, - deyə baş nazir əlavə edib.

Trüdonun sözlərinə görə, Rusiyanın G20 tədbirlərində iştirakının dayandırılması məsələsi bu assosiasiyaya üzv ölkələrin liderləri tərəfindən müzakirə olunur.

“Putin danışıqlar masası arxasında oturmamalıdır, hər şey normalmış kimi davranılmamalıdır, çünki bu, normal deyil və bu, onun günahıdır”, - deyə Kanada hökumətinin başçısı yekunlaşdırıb.

Qeyd edək ki, G20-nin növbəti sammiti bu ilin noyabrında İndoneziyada keçiriləcək.

ABŞ prezidenti Co Bayden də Rusiyanın G20 üzvlüyünə son qoymağa çağırıb, Çin isə buna qarşıdır.

Mənbə: Ukrinform

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri