12 
Apr
2022
18:04
385
44
1023
Virtual karabakh

Zelenski: “Aİ 6-cı sanksiya paketinə Rusiya neftinin idxalını da daxil etməlidir”

12 Apr, 2022
18:04
1023

Zelenski: “Aİ 6-cı sanksiya paketinə Rusiya neftinin idxalını da daxil etməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqı hazırlanan altıncı sanksiya paketinə Rusiyanın enerjidaşıyıcılarının idxalını daxil etməlidir”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Litva Seyminə müraciəti zamanı deyib.

“Biz yeddinci, səkkizinci, onuncu və ya iyirminci paketin hazırlanmasını gözləyə bilmərik, altıncı sanksiyalar paketində həqiqətən güclü qərarlar qəbul etməliyik. Avropa Birliyi bunu edə bilər və mütləq nefti oraya daxil etməlidir, mütləq Rusiya banklarına sanksiya qoymalıdır. Ancaq sanksiyalar onların bir hissəsinə deyil, hamısına şamil olunmalıdır”, - deyə V.Zelenski bildirib.

Mənbə: Pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri