18 
Apr
2022
18:16
25
276
2419
Virtual karabakh

Şanxayda qapanma başlayandan bəri ilk ölüm hadisələri qeydə alınıb

18 Apr, 2022
18:16
2419

Şanxayda qapanma başlayandan bəri ilk ölüm hadisələri qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şanxay hökuməti mart ayında qapanma başlayandan bəri koronavirusdan ölənlər barədə ilk rəsmi açıqlamasını verib.

Bildirilir ki, lokdaundan bəri Şanxayda koronavirusdan üç nəfər ölüb. Bununla da Çində pandemiyanın başlanmasından bəri ölənlərin ümumi sayı 4641-ə çatıb.

Şəhər səhiyyə komissiyasının açıqlamasında deyilib ki, ölənlər 89-91 yaş arasında və səhhətində yanaşı problemləri olan insanlardır.

Xatırladaq ki, Çində “Omikron” ştammının yayılması ilə əlaqədar 2020-ci ilin birinci yarısından bəri ilk dəfə rekord yoluxmalar qeydə alınır. Bu səbəbdən qapanma ilə yanaşı, ölkənin maliyyə mərkəzinə hərbçilər və minlərlə tibb işçisi göndəriliblər. Sərt qaydalarla əlaqədar Şanxay əhalisi etiraz aksiyaları keçirib.

Daha sonra Çinin ən sıx məskunlaşdığı şəhərin səlahiyyətliləri, COVID-19 infeksiyalarının artmasına baxmayaraq, karantin rejimini yüngülləşdirməyə qərar verdilər.

Mənbə: İnfobae

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri