15 
Apr
2022
16:32
101
149
3239
Virtual karabakh

Çində lokdaun insanlarla hökümət arasında qarşıdurma yaradır - VİDEO

15 Apr, 2022
16:32
3239

Çində lokdaun insanlarla hökümət arasında qarşıdurma yaradır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şanxayda COVID-polislərlə qarşıdurma artıq adi hala çevrilib.

Bununla bağlı sosial şəbəkələrdə çoxlu görüntülər paylaşılıb.

Yerli medianın məlumatına görə, Şanxayda rayonlardan birində insanlar evlərindən çıxarılır,  hökumət orada karantin məntəqələri yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, artıq üç həftəyə yaxındır ki, Çin hökuməti Şanxayda sərt lokdaun tədbirlərinə əl atıb. Sosial şəbəkələrdə məlumat paylaşan insanlar lazımi dərman vasitələrini əldə edə bilmədiklərindən, ərzaq çatışmazlığından şikayət edir. Sərt qapanmadan sonra intihar hallarının artdığı, psixi sağlamlığı ilə əlaqədar müraciət edənlərin sayının yüksəldiyi bildirilir.

Hökumət sərt qapanmanın hansı tarixdə bitməsi ilə bağlı isə hələlik heç bir məlumat vermir.

Mənbə: UkrSlovo

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri