28 
Apr
2022
01:50
119
24
4088
Virtual karabakh

Ofisdə masanın altında işləyən qadın sosial media istifadəçilərini təəccübləndirdi

28 Apr, 2022
01:50
4088

Ofisdə masanın altında işləyən qadın sosial media istifadəçilərini təəccübləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çalışdığı ofisdə masanın altında işləyən israilli qadın sosial şəbəkə istifadəçilərini təəccübləndirib. 

Minni Mayer adlı qadın hesab edir ki, o, bununla iş prosesi zamanı diqqəti yayındıran məqamlarla mübarizə aparır.

“Hər dəfə səs-küy yarananda notbukumu götürüb masanın altında işləyirəm. Mən masanın altında olan sakitlikdən həzz alıram. Kürəyim mənə 36 yaşımın olduğunu xatırladana qədər orada otururam”, - deyə Minni Mayer vurğulayıb.

M.Mayer sosial media istifadəçilərinə öz metodu haqqında məlumat verəndən sonra insanların bu hadisəyə münasibəti haçalanıb.

Bəziləri qadının davranışını qeyri-ciddi hesab etsələr də, digərləri bu maraqlı təklifə görə ona təşəkkür ediblər.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri