17 
May
2022
17:12
231
11
2473
Virtual karabakh

“Azovstal”da humanitar əməliyyat davam edir - FOTO/VİDEO

17 May, 2022
17:12
2473

“Azovstal”da humanitar əməliyyat davam edir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mariupoldakı “Azovstal” zavodunda humanitar əməliyyat davam edir.

Bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib.

“Həyatlarının xilası naminə ötən gün 52 ağır yaralı hərbçimiz təxliyə edilib. Onların vəziyyəti stabilləşdikdən sonra biz onları rusiyalı hərbi əsirlərlə dəyişdirəcəyik”, - deyə baş nazirin müavini bildirib.

O, həmçinin humanitar əməliyyatın sonrakı mərhələləri üzərində işlər getdiyini bildirib.

“Allah qoysa, hər şey yaxşı olacaq”, - deyə Vereşçuk, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Mariupol müdafiəçilərinin “Azovstal” metallurgiya zavodunun ərazisindən xilas edilməsi əməliyyatı barədə danışıb. O, Ukraynaya qəhrəmanların canlı lazım olduğunu bildirib.

Mənbə: “Operativnıy ZSU” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri