19 
May
2022
21:54
317
30
1402
Virtual karabakh

Finlandiya prezidenti: “Türkiyə ilə narahatlıq doğuran məsələlərin müzakirəsinə hazırıq”

19 May, 2022
21:54
1402

Finlandiya prezidenti: “Türkiyə ilə narahatlıq doğuran məsələlərin müzakirəsinə hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Helsinki Ankara ilə Finlandiyanın NATO-ya daxil olması kontekstində Türkiyənin narahatlıqlarını müzakirə etməyə hazırdır.

Bunu cümə axşamı Finlandiya prezidenti Sauli Niinistö Ağ Evdə ABŞ prezidenti Co Bayden və İsveçin baş naziri Maqdalena Anderssonla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Finlandiya və Türkiyə qarşılıqlı olaraq, bir-birinin təhlükəsizliyi barədə öhdəlik götürəcək.

“Biz terrorizm problemini ciddi qəbul edirik, terrorizmin bütün formalarını pisləyirik və onunla mübarizədə fəal iştirak edirik. Biz bütün müttəfiqlərdən güclü dəstəyə və üzvlüyümüzün tezliklə ratifikasiyasına ümid edirik”, - deyə Finlandiya prezidenti bildirib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri