24 
May
2022
14:25
241
67
3104
Virtual karabakh

İranda bina çökməsindən sonra biabırçı qərar: Ölü sayı gizlədilir - YENİLƏNİB + FOTO/VİDEO

24 May, 2022
14:25
3104

İranda bina çökməsindən sonra biabırçı qərar: Ölü sayı gizlədilir - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Abadan şəhərində 10 mərtəbəli “Metropol” binasının çökməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 

Bundan başqa, iranlı jurnalist Səid Hafizi “Twitter” hesabındakı paylaşımında yazıb ki, Abadan şəhərinin başçısı ölənlərin sayının gizli saxlanması ilə bağlı göstəriş verib, habelə etirazlarını qarşısının alınması üçün şəhərə çox sayda zirehli texnika və polis qüvvəsi yeridilib.

Bununla bağlı olaraq, hadisə nəticəsində ölənlərin sayının rəsmi olaraq açıqlanan rəqəmlərdən çox olduğu ehtimal olunur.

11:27

İranın Abadan şəhərində on mərtəbəli “Metropol” binasının çökməsi ilə bağlı bir neçə dövlət məmuru tutulub.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu Xuzistan əyalətinin baş prokuroru Sadiq Cəfəri bugünkü açıqlamasında bildirib.

O qeyd edib ki, saxlanılan 10 nəfər arasında Abadanın hazırkı bələdiyyə başçısı və iki keçmiş bələdiyyə sədri də var.

Yerli sosial media fəalları dünən Abadan əhalisinin hadisə baş verən yerə toplaşaraq etiraz aksiyası keçirməsindən sonra rəsmilərin əhalini sakitləşdirmək üçün həbslər həyata keçirməyə məcbur olduğunu yazırlar.

Qeyd edək ki, mayın 23-də yerli vaxtla 12:30-da Abadanda 10 mərtəbəli bina çöküb. Bu günə olan rəsmi məlumata görə, hadisədə 8 nəfər ölüb, 32 nəfər yaralanıb və onlarla insan dağıntılar altında qalıb.

Qeyri-rəsmi mənbələr ölənlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğunu, rəsmilərin ölüm sayının gizlətməsi, təkcə yaralıların və xilas edilənlərin sayının açıqlanması ilə bağlı göstəriş verdiklərini yazırlar.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri