26 
May
2022
22:45
43
419
1192
Virtual karabakh

Belarus Ukrayna istiqamətində operativ komandanlıq yaradır

26 May, 2022
22:45
1192

Belarus Ukrayna istiqamətində operativ komandanlıq yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Silahlı Qüvvələri Cənub Əməliyyat Komandanlığı yaratmağı planlaşdırır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyində hərbi təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair müşavirədə bildirib.

“Təəssüf ki, cəunb istiqamətində yeni cəbhə açılıb və biz buna diqqət yetirməyə bilmərik. Biz bu barədə artıq danışmışıq. Müdafiə naziri təklif edib ki, başqa bir əməliyyat komandanlığı açaq. Qərb, şimal-qərb ilə birlikdə cənub qanadı da olacaq”, - Aleksandr Lukaşenko qeyd edib.

Dövlət başçısı çıxışında müharibə ehtimalını da istisna etməyib.

“Bu, müharibə şəraitidir. Amma hələlik müharibə yoxdur. Biz bu şəraitdə planlaşdırma işləri aparmalıyıq. Əgər Allah eləməsin, müharibə olsa, necə hərəkət edəcəyik?”, - dövlət başçısı vurğulayıb.

Mənbə: BELTA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri