İyl
2022
16:32
22
149
2348
Virtual karabakh

Bakıda təhsil almış əcnəbi prezident 79 yaşında vəfat etdi

8 İyl, 2022
16:32
2348

Bakıda təhsil almış əcnəbi prezident 79 yaşında vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anqolanın sabiq prezidenti Joze Eduardu Duş Santuş uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

Sabiq prezident bu gün İspaniyanın Barselona şəhərində yerləşən “Teknon” Tibb Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, Joze Eduardu Duş Santuş 1979-cu ildən etibarən 38 il ərzində neftlə zəngin Afrika ölkəsinin prezidenti olub.

O, Bakıda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.

Joze Eduardu Duş Santuş Bakıda təhsil alarkən Rusiyada doğulmuş Tatyana Kukanova adlı qadınla ilə tanış olub və onunla evlənib.

Bu izdivacdan cütlüyün bir qız övladı dünyaya gəlib.

Daha sonra sabiq prezident Tatyana ilə boşanıb. Cütlüyün qızı İzabel duş Santuş Afrikanın ən varlı qadını sayılır.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri