18 
İyl
2022
11:50
35
333
8060
Virtual karabakh

Şoyqu Qarabağdakı sülhməramlıların keçmiş komandirinə göstəriş verdi: “Məhv edin!”

18 İyl, 2022
11:50
8060

Şoyqu Qarabağdakı sülhməramlıların keçmiş komandirinə göstəriş verdi: “Məhv edin!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən “Vostok” hərbi kontinqentinə baş çəkib.

Sergey Şoyqunu komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov qarşılayıb.

R.Muradov Rusiyanın müdafiə nazirinə döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib. 

Müdafiə naziri Rüstəm Muradova Ukrayna ordusunun Donbas istiqamətində atışlar icra edən uzun mənzilli artilleriya və raket bölmələrini məhv etmək göstərişi verib.

Qeyd edək ki, “Vostok” hərbi birləşməsinə Rüstəm Muradovun rəhbərlik etməsi barədə əvvəllər məlumat verilməyib. Rüstəm Muradov 2019-cu ilin yanvar ayından Rusiya ordusunun Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsində çalışır.

Xatırladaq ki, Rüstəm Muradov həm də 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Mənbə: İnterfax

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri