21 
İyl
2022
05:10
194
28
5857
Virtual karabakh

Ukraynada müharibənin bir günü Rusiyaya neçəyə başa gəlir?

21 İyl, 2022
05:10
5857

Ukraynada müharibənin bir günü Rusiyaya neçəyə başa gəlir?

Rusiya Ukraynadakı müharibəyə gündə təxminən 400 milyon dollar xərcləyir.

Ən çox vəsaiti raketlər və mərmilər, ən azını isə hərbçilərin məvacibləri aparır. Məlumata görə, müharibədə iştirak edən hər bir əsgərə orta hesabla gündə təxminən 200 dollar xərclənir. Rusiya ordusunun təxmini sayı 100 min nəfərdir. Yəni, qoşunların gündəlik məvacib xərci təxminən 20 milyon dollardır.

Bununla yanaşı, Rusiya büdcəsinsən hər gün yaralanan və həlak olan hərbçilərə təzminat üçün təxminən 50 milyon dollar xərclənir.

Mərmilərə gəlincə, gün ərzində təxminən hər biri 1000 dollar dəyərində 50 minə qədər mərmi istifadə edir.

Rusiya Ukraynaya hər gün 20-yə yaxın raket zərbəsi endirir. Onların dəyəri bir neçə yüz min dollardan (Tochka-U, X-59) 10 milyon dollaradək (X-101, X-47 “Xəncər”) dəyişir. Amma çox vaxt hər biri 3 milyon dollara “İsgəndər”, 6,5 milyon dollara “Kalibr” və 1-2 milyon dollar dəyərində daha ucuz Sovet Kh-22 və Kh-55 raketlərindən istifadə edir.

Beləliklə də, bir raketin orta qiyməti təxminən 3 milyon dollar təşkil edir.

Texnikalar arasında ən böyük itkilər tanklar və təyyarələridir. Müharibəbib hər günü Rusiya orta hesabla 60 milyon dollarlıq tank və zirehli texnikasını və 40 milyon dollar məbləğində təyyarəsini itirir.

Ukrayna Silahlı Qüvvələrinin ən “bahalı” nailiyyəti 750 milyon dollar dəyərindəki batmış “Moskva” kreyseridir. Ümumiyyətlə, Ukrayna bütün müharibə ərzində Rusiya donanmasını 1 milyard dollardan çox zərər vurub.

Həmçinin, arxa təminat üçün təxmini xərclər gündə 50-100 milyon dollar təşkil edir.

Mənbə: Forbes

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri