Avq
2022
00:10
238
38
809
Virtual karabakh

Yeni Zelandiya Rusiya hərbi sənaye kompleksi və Rusiya Silahlı Qüvvələrinə sanksiyalar tətbiq edib

2 Avq, 2022
00:10
809

Yeni Zelandiya Rusiya hərbi sənaye kompleksi və Rusiya Silahlı Qüvvələrinə sanksiyalar tətbiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara Rusiyanın hərbi sənaye kompleksinin müəssisələri və Rusiya Federasiyası Silahlı Qüvvələri daxil olub.

Bu barədə ölkənin xarici işlər naziri Nanaiya Mahuta bildirib.

“Bu gün biz Silahlı Qüvvələrin növləri və ayrı-ayrı bölmələri, o cümlədən logistik dəstək, eləcə də hərbçilərin silah və texnika ilə təmin edilməsinə cavabdeh olan müdafiə strukturlarına qarşı sanksiyalar tətbiq etmişik”, - deyə nazir qeyd edib. O, qeyd edib ki, məhdudiyyətlər “Soqaz” sığorta şirkətinə, Rusiya Dəmir Yolları və bir sıra müəssisələrə də təsir edəcək ki, bu müəssisələr “Rusiya Silahlı Qüvvələri üçün hərbi texnikanın hazırlanması, istehsalı və sınaqdan keçirilməsi ilə məşğuldurlar”.

Mahuta xatırladıb ki, mart ayında qəbul edilmiş sanksiya qanun layihəsinə əsasən, onlar səyahət qadağası, aktivlərin dondurulması, maliyyə əməliyyatlarına qadağa, gəmi və təyyarələrin Yeni Zelandiyaya girişinə qadağa da daxil olmaqla “geniş tədbirlər spektrini” nəzərdən keçirirlər.

Bu günə qədər Yeni Zelandiyanın sanksiya siyahısına 650 Rusiya vətəndaşı, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, eləcə də ölkənin 93 ən iri müəssisəsi daxildir.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri