14 
Avq
2022
15:52
25
336
2063
Virtual karabakh

Misirdə onlarla uşağın ölümü ilə nəticələnən yanğının səbəbləri açıqlanıb - YENİLƏNİB

14 Avq, 2022
15:52
2063

Misirdə onlarla uşağın ölümü ilə nəticələnən yanğının səbəbləri açıqlanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qahirənin İmbaba rayonundakı kilsədə onlarla insanın ölümünə səbəb olan yanğın elektrik naqillərindəki nasazlıq səbəbindən baş verib.

Bu barədə bazar günü Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb. “Mütəxəssislərin rəyinə görə, kilsədə baş verən yanğın elektrik naqillərinin nasazlığı səbəbindən baş verib. Bir neçə sinif otağının olduğu binanın ikinci mərtəbəsində kondisioner yanıb və nəticədə tüstülənmə başlayıb. Qatı tüstü pərdəsi binada olan insanların ölümü və xəsarət alması üçün əsas səbəb olub”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, yanğında ölənlərin sayı artıq 41 nəfərə çatıb. Onların əksəriyyətini uşaqlar təşkil edir.

Mənbə: TASS

15:17

Bazar günü Qahirədə kilsədə baş verən yanğında onlarla insan həlak olub.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, İmbaba rayonunda yerləşən ibadətgahda baş verən yanğın nəticəsində 35 nəfər ölüb, 25 nəfər yaralanıb. Yaralılar İmbaba və qonşu Aquza rayonundakı xəstəxanalara çatdırılıb.

Ölkənin səhiyyə nazirliyi isə insident nəticəsində bir nəfərin öldüyünü və 55 nəfərin yaralandığını təsdiqləyib.

Məlumata görə, zərərçəkənlərin əksəriyyəti bazar günü kilsədəki məktəbə dərsə gələn uşaqlardır.

Hazırda kilsədə baş verən yanğın söndürülüb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri