18 
Avq
2022
23:45
62
88
1512
Virtual karabakh

Fransada su qıtlığı futbolun məhvinə səbəb ola bilər

18 Avq, 2022
23:45
1512

Fransada su qıtlığı futbolun məhvinə səbəb ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quraqlığın yaratdığı su qıtlığı futbol meydançalarının da qurumasına səbəb olub.

Qolf meydançalarının müəyyən hissələri istisna olmaqla yaşıl sahələrin suvarılmasına qoyulan qadağa futbol meydançalarına da təsir edib. Bu səbəbdən meydançalar yararsız hala düşərsə, bir çox futbol matçları ləğv edilə bilər. Bu da şəhərin futbol klublarını çətin vəziyyətə salır.

Futbol azarkeşləri və klublar suvarma qadağası səbəbindən meydançaların yararsız olmasından narahatdırlar.

Sarthedə artıq bir çox futbol matçları ləğv edilib. La Vendee və Maine-et-Luara bölgələri üçün də vəziyyət kritikdir.

Həmçinin “Villeperdue” futbol klubu da avqustun 28-də Fransa Kubokunun ikinci mərhələsində oyuna çıxacağı üçün bu məsələdən narahatdır.

Digər tərəfdən, sintetik örtüyün qiyməti 800 min-1 milyon avro arasındadır ki, bu da klublar üçün əlverişsizdir.

Eyni zamanda “varlıların idmanı” kimi tanınan qolf sahələrinin suvarılmasında tolerant davranışlar ölkədə reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə bir çox istifadəçi qolf meydançalarının suvarılmasına icazə verilməsini tənqid edərək, Fransada suvarma qadağası səbəbindən bitkilərin quruduğunu qeyd edib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri