19 
Avq
2022
14:00
114
19
1545
Virtual karabakh

Müharibə Araşdırmaları İnstitutu Krımda baş verən partlayışların beş səbəbini AÇIQLADI

19 Avq, 2022
14:00
1545

Müharibə Araşdırmaları İnstitutu Krımda baş verən partlayışların beş səbəbini AÇIQLADI

Müharibə Araşdırmaları İnstitutu (ISW) Krımda baş verən partlayışların bir neçə səbəbini açıqlayıb. Lakin onların heç birini dəqiq təsdiqləmək hazırda mümkün deyil. Bu barədə ISW-nin hesabatında deyilir.

Analitiklər hesab edirlər ki, hazırda Rusiya hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus pilotsuz təyyarəni vurub-vurmadığını və Kerçdə və ya Sevastopol yaxınlığındakı Belbek aviabazasının ərazisində hər hansı pilotsuz təyyarənin olub-olmadığını müstəqil şəkildə yoxlaya biləcək təsdiqlənmiş mənbələr yoxdur.

Mütəxəssislər partlayışların yaranmasının bir neçə səbəbini dilə gətiriblər: Ukrayna Silahlı Qüvvələrinin hücumu, Ukrayna kəşfiyyatının fəaliyyəti, rusların öz avadanlıqlarına pis münasibəti, Rusiyanın hava hücumundan müdafiəsinin uğurlu hərəkətləri, ola bilsin ki, əvvəllər Ukrayna ordusu üçün əlçatmaz hesab edilən ərazilərdə hücumlara hazırlaşan rusiyalı işğalçıların emosional reaksiyası.

İnstitut hesab edir ki, Ukrayna qüvvələri Rusiyanın maddi-texniki imkanlarını zəiflətmək və Dnepr çayının qərb sahilində əməliyyatlara düşmən dəstəyini qırmaq üçün işğal olunmuş Krımda Rusiya hərbi obyektlərinə hücum kampaniyasını davam etdirəcək.

Qeyd edək ki, Krımda silsilə partlayışlar ötən gecə də davam edib.

Mənbə: Korrespondent

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri